Klopp bir oyunluq məşqçiliyə qayıdacaqbackend

Klopp bir oyunluq məşqçiliyə qayıdacaq

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Borussiya”nın sabiq futbolçuları Lukaş Pişek və Yakub Blaşçikovskinin vida oyununda iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Pişçek və Blaşçikovskinin komandaları sentyabrın 7-də üz-üzə gələcək. Oyun Dortmundun doğma stadionu “Siqnal İduna Park”da keçiriləcək. Klopp komandalardan birinə rəhbərlik edəcək.

Qeyd edək ki, Klopp 2015-ci ildən rəhbərlik etdiyi “Liverpul”dan bu yay ayrılıb. O, 2008-2015-ci illərdə “Borussiya”nı çalışdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*