İnfarkt riskini azaldır, şəkəri tənzimləyir: Bu bitki təbii möcüzə sayılırbackend

İnfarkt riskini azaldır, şəkəri tənzimləyir: Bu bitki təbii möcüzə sayılır

Yay mövsümünün ən faydalı nemətlərindən biri hesab olunan pərpətöyün zəngin tərkibi ilə sağlamlıq üçün əvəzedilməzdir. Tərkibindəki yüksək Omeqa-3 yağ turşularına görə bu bitki çox vaxt “torpağın balığı” kimi xarakterizə olunur.

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki,  pərpətöyün ürək-damar fəaliyyətini yaxşılaşdırır və immuniteti əhəmiyyətli dərəcədə gücləndirir.

Vitamin və minerallarla zəngin olmasına baxmayaraq, aşağı kalorili olması onu pəhriz saxlayanlar üçün ideal seçimlərdən birinə çevirir.

Bitki tərkibindəki maddələr sayəsində pis xolesterinlə mübarizə aparır, damarların elastikliyini qoruyur və infarkt riskini azaldır. Eyni zamanda, aşağı qlisemik indeksi sayəsində qanda şəkərin səviyyəsini sabit saxlayır, bu da xüsusilə diabetdən əziyyət çəkən şəxslər üçün çox vacibdir. Lifli strukturu isə həzm sistemini tənzimləyir və bağırsaqların işini sürətləndirir.

Güclü antioksidant və C vitamini qaynağı olan pərpətöyün dərinin cavan qalmasına və sümüklərin möhkəmlənməsinə də kömək edir. Lakin nəzərə almaq lazımdır ki, tərkibindəki bəzi maddələr böyrək daşı problemi olan insanlara mənfi təsir göstərə bilər. Bu səbəbdən həmin şəxslərin bu göyərtidən istifadədə ehtiyatlı olması lazımdır.

Yəni, pərpətöyün həm ürəyi qoruyan, həm də artıq çəki ilə mübarizə aparan təbii bir şəfa mənbəyidir, lakin böyrəyində problem olanlar ondan qədərində istifadə etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*