Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xəritəsi şəklində olan tort kəsməkdən imtina edib.
KONKRET.az xəbər verir ki, bunu o, ictimaiyyətin mümkün narazılığı ilə bağlı əlaqələndirib.
“Xeyr, biz bu tortu kəsməyəcəyik, çünki bu, çoxlu şərhə səbəb olacaq”, – Paşinyan bildirib.
O, gələcəkdə də Ermənistanın xəritəsi şəklində tortların hazırlanmasını istəməyib.
