Konfrans Liqası: “Qarabağ” bu gün Kipr klubu ilə qarşılaşacaqbackend

Konfrans Liqası: "Qarabağ" bu gün Kipr klubu ilə qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki “AEK Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.

“Köhlən atlar”ın heyətində müdafiəçilər – Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər – Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əvvəlki raundda İsrail “Aşdod”unu mübarizədən kənarlaşdırıb – 0:0, 1:0. AEL isə Albaniya “Vlajniya”sına hər iki qarşılaşmada eyni hesabla qalib gəlib – 1:0.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

21:00. AEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç

Larnaka. “AEK Arena”.(report.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*