KONKRET.az yazdı – “Azərişıq” problemi HƏLL ETDİ – FOTObackend

KONKRET.az yazdı - "Azərişıq" problemi HƏLL ETDİ - FOTO

Ötən həftə Lənkəranın Boladi kənd sakini Rəsail Mahmudovun tövləsinə çox yaxın məsafədə yerləşən çürümüş elektrik dirəyinin təhlükə yarada biləcəyi barədə yazmışdıq.

Əmlakının və mal-qarasının hər an yanğın təhlükəsi ilə üz-üzə qaldığından narahatlığını ifadə edən şikayətçi bildirirdi ki, bununla bağlı yerli idarəyə dəfələrlə müraciət etsə də, heç bir nəticə vermir.

Lakin KONKRET.az-ın məsələni işıqlandırmasından dərhal sonra “Azərişıq” ASC əməkdaşları tərəfindən vətəndaşın həyətinə baxış keçirilib və köhnə elektrik dirəyi yenisi ilə əvəz olunub.

Redaksiya ilə təkrar əlaqə saxlayan Rəsail Mahmudov bu barədə özü məlumat verib.

Vətəndaş KONKRET.az-da ictimailəşdirilən probleminə idarə əməkdaşlarının operativ reaksiyasından məmnunluğunu ifadə edib, problemin aradan qaldırılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Biz də öz növbəmizdə “Azərişıq” ASC tərəfindən problemin həlli istiqamətində görülən konkret tədbirləri təqdir edir, vətəndaş məmnunluğuna yönələn belə addımların davamlı olacağına ümid bəsləyirik.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*