Konqresmen Frenk Pallone: “ABŞ Azərbaycana heç bir hərbi dəstək verməməlidir”backend

Konqresmen Frenk Pallone: "ABŞ Azərbaycana heç bir hərbi dəstək verməməlidir"

ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə Komissiyasının həmsədri Frenk Pallone vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür, baxmayaraq ki,  Azərbaycan təcavüzkar davranışını davam etdirir. Pallone hesab edir ki, ABŞ Azərbaycana heç bir hərbi dəstək verməməlidir.

KONKRET.az xəbər verir ki, erməni jurnalisti Anna Qriqoryana müsahibə verən konqresmen vurğulayıb ki, “Azərbaycana heç bir hərbi yardım göstərməməliyik, çünki Azərbaycan çox aqressivdir və bu, özünü 2016-cı ildə də büruzə verdi”. Frenk Pallone müsahibəsində qeyd edib ki, ABŞ-ın Azərbaycana hərbi yardımı çox böyükdür. Son üç ildə 100 milyon dollardan çox hərbi yardım edilib ki, bu da Ermənistana verilən yardımdan qat-qat çoxdur.

Nümayəndələr Palatasının ermənipərəst üzvü onu da deyib ki, “Azadlığa Dəstək Qanununun 907-ci düzəlişinə əsasən, Azərbaycanın 2016-cı ilin aprelində olduğu kimi fəal şəkildə təcavüz edən bir ölkəyə hərbi yardım göstərmək mümkün deyil. Məktubumuzda qeyd etmişdik ki, Azərbaycana hərbi yardım göstərilməməlidir. Bununla əlaqədar bir əsaslandırma istərdik. Bir ölkə üçün nə edirsənsə, başqa bir ölkə üçün də onu etməlisən. Ancaq mən demirəm ki, hər iki ölkəyə milyonlarla dollarlıq hərbi dəstək verməliyik, çünki sülh istəyirik, müharibəni təşviq etmək istəmirik. Tramp administrasiyasının bu addımı atdığından çox məyusuq, amma Azərbaycana hərbi dəstək verilməsini dayandırmaq istəyirik. Həm də hazırda  907-ci düzəlişin pozulduğunu anlamaq üçün nə olduğunu bilmək istəyirik”.

Pallone həyasızcasına vurğulayıb ki, Dağlıq Qarabağ ermənilərə məxsus olmalıdır. Onun sözlərinə görə, münaqişənin həlli zamanı dinc nizamlanma yalnız Qarabağın erməni olmasına zəmanət verməməlidir, həm də təhlükəsizlik zonası yaratmalı olan ərazilər məsələsini həll etməlidir. Konqresmen hesab edir ki, təhlükəsizlik səbəbi ilə işğal edilmiş torpaqlar Azərbaycana verilə bilməz. O, bunun səbəbini 2016-cı ildə Azərbaycanın təcavüzü ilə əlaqədar olaraq gərginliyin qalmasında görür. Pallonenin fikrincə, hələ ki, münaqişənin sülh yolu ilə həll olunması mümkün görünmür. Birləşmiş Ştatlar etimadın qurulmasına dəstək vermək üçün sərhəd boyunca bəzi proqramları həyata keçirməlidir ki, gərginlik azalsın.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*