Şimali Koreya Xarici İşlər Nazirliyi Seul və Vaşinqtonu gərginliyi nüvə müharibəsi həddinə çatdırmaqda ittiham edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik ABŞ və Cənubi Koreyanı ritorik təhdidlərinə görə tənqid atəşinə tutub.
“ABŞ-ın bu cür hərəkətləri Koreya yarımadasında hərbi gərginliyi artırıb və vəziyyət nüvə müharibəsi astanasına yaxınlaşıb”, – məlumatda deyilir.
KXDR iddia edir ki, ABŞ bu il həyəcanverici düşmənçilik hərəkətləri edir, Şimalın suverenliyinə və təhlükəsizliyinə qəsd edir.
Şimali Koreya Xarici İşlər Nazirliyi özünümüdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyini bildirib:
“Yarımadadakı müharibə sürətlə qlobal və misli görünməmiş termonüvə müharibəsinə çevriləcək. Regionda və bütün dünyada fəlakətli nəticələrə səbəb olacaq. ABŞ düşmənçilik siyasətindən və Şimala qarşı davam edən hərbi təhdidindən əl çəkməsə, Pxenyan suverenliyini qorumaq üçün özünümüdafiə imkanlarını gücləndirmək səylərini artırmağa davam edəcək”.
İqbal Rzayev,
KONKRET.az
