Körfəz böhranının həllinə ümid bu ilə qaldıbackend

Körfəz böhranının həllinə ümid bu ilə qaldı

KONKRET.az bildirir ki, Körfəz böhranı ilə əlaqədar 2019-cu ildə yaşanan gərginliyin sonunda bir çox hadisələrə baxmayaraq, həll perspektivləri 2020-ci ilə qaldı. 1981-ci ildə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) qurulandan bəri üzv ölkələr arasında ən pis böhran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirdəki hadisələr səbəb olub. Bu dəfəki böhran dedikdə buraya diplomatik münasibətlər və iqtisadi blokada daxildir.

Diqqəti bu məqama yönəldək ki, Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Abdurahman Al Sani 13 dekabrda Doha ilə Ər-Riyad arasında bir rabitə kanalının olduğunu və dialoqun təməl prinsipləri və qarşılıqlı media hücumlarına son qoyulması mövzusunda razılıq əldə olunduğunu vurğulayıb.

Sani dialoqda həqiqi irəliləyiş haqqında danışmağın hələ tez olduğunu bildirsə də, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Ferhan bin Abdullah Al Saud 10 dekabrda böhranın həlli ilə bağlı Qətərlə danışıqların davam etdiyini və digər dörd ölkənin bu səyləri dəstəklədiyini açıqlayıb.

İdman gərginliyi azaldıb

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin Qətər Körfəz Kubokunda (Körfəz 24) çempionatda iştirak etməklə bağlı boykot qərarından imtina etməsi böhranın həllində əhəmiyyətli bir addım hesab edilib.

Səudiyyə Ərəbistanı və Bəhreynin Qətərə qarşı həyata keçirdiyi “hava blokadası”na baxmayaraq, iki ölkənin komandaları birbaşa uçuşlarla gəlib, BƏƏ komandası isə Küveyt üzərindən birbaşa uçuşla Qətərə çatıb. BƏƏ-dən fərqli olaraq ekspertlər bunu Səudiyyə Ərəbistanı və Bəhreynin böhranı həll etməyə yaxın olduğuna işarə kimi şərh ediblər. Üstəlik, böhranın əvvəlindən bəri davam edən qarşılıqlı media hücumlarının sonu ilə xalqlar arasındakı buz əriməyə başlayıb. Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ azarkeşləri üçün Qətərin qonaqpərvərliyi turnirdə idman ruhunu müşayiət edib. Ərəb ictimaiyyətində Qətərin idman yarışına çox diqqətlə ev sahibliyi etdiyinə görə Körfəz Kubokunun “mənəvi qalibi” olması ilə bağlı fikirlər üstünlük təşkil edib.

Qətər Baş nazir səviyyəsində KƏŞ zirvəsinə qatılıb

Böhrandan bəri Qətərin Səudiyyə Ərəbistanına ən yüksək səviyyəli səfəri, eləcə də Baş nazir Şeyx Abdullah bin Nasser bin Khalifa Al Saninin Riyadda KƏŞ zirvəsində iştirakı da böhranın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub. Belə ki, Əl Sani Kral Salman tərəfindən Ər-Riyadda qəbul edilib. Səudiyyə Ərəbistanının televiziya kanallarında Kral Salman və bəzi Səudiyyə səlahiyyətlilərinin iclasda Qətərin nümayəndə heyəti ilə gülümsəməklə salamlaşması xüsusilə diqqəti cəlb edib.

Lakin bütün bunlara baxmayaraq, güzəştin qarşısını kəsən maneələr hələ də mövcuddur. Belə ki, tərəflər arasında strateji düşüncə tərzinin dəyişməsi və böhranı yaradan siyasi səbəb barışıqda böyük çətinliklər yaradır. Amma mütəxəssislərin fikrincə, son hadisələrin Qətər və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin normallaşması ilə başlayacağı, sonra BƏƏ və Bəhreynin Qətərlə barışacağı gözlənilir. Siyasi ekspertlərə görə, ölkələr arasındakı qarşılıqlı inam həm geosiyasi təsirlər, həm də xalqa psixoloji təzyiqlər baxımından çox azalmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*