Korrupsiyada ittiham olunan sabiq prezident HƏBS EDİLDİbackend

Korrupsiyada ittiham olunan sabiq prezident HƏBS EDİLDİ

Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezident Fernando Kolor Di Melunu korrupsiya və çirkli pulların yuyulmasında ittiham edərək 8 il 10 ay həbs cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Bildirilib ki, məhkəmə ittiham tərəfinin arqumentlərini dəstəkləyib və eks-prezidenti “Petrobras”ın törəmə şirkətlərindən birində korrupsiya sxemində iştirak etməkdə təqsirli bilib.

Məhkəmə sabiq prezidentin 2010-2014-cü illərdə aldığı rüşvətin məbləğinin təxminən 4 milyon dollar təşkil etdiyi qənaətinə gəlib.

Qeyd edək ki, iş üzrə istintaq 2015-ci ildə başlayıb.

Yerli qanunlara görə, səkkiz ildən artıq müddətə azadlıqdan məhrum edilənlər cəzalarını həbsxanada çəkməlidir, onlar ev dustaqlığına buraxıla bilməz.

Yerli mətbuatın yazdığına görə, 1990-1992-ci illərdə hakimiyyətdə olan Kolor di Melu verilən iki apellyasiya şikayətinin sonuna qədər azadlıqda qala bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*