Paytaxtın Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə gənc qadının meyiti tapılıb.
KONKRET.az Teleqraf.com-a istina dən xəbər verir ki, fevralın 1-də gecə saat 02 radələrində Ağadadaş Qurbanov küçəsində naməlum qadın meyiti tapılıb.
Araşdırmalarla ölən qadının paytaxt sakini olan 36 yaşlı V.T olması müəyyən edilib. Onun narkotik vasitə aludəçisi olması və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.