“Küçədən gəldin, seriala çəkildin, aktyor oldun…“ – Aktrisabackend

“Küçədən gəldin, seriala çəkildin, aktyor oldun...“ - Aktrisa

“Elə aktrisalarımız var ki, onlar bizə lazım idilər, lakin sənəti tərk etməli oldular. Küçədən gəldin, seriala çəkildin, aktyor oldun. Bu belə olmamalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib.

ATV telekanalında yayımlanan “7 Canlı” proqramında qonaq olan aktrisa həmkarlarının sənətdə irəli getməsinə mane olduqlarını bildirib:

“Sənət aləmində inciklik yaşadığım insanlar var. Bu, nədən qaynaqlanır, bilmirəm. Xalq məni sevir, dövlət əməyimi qiymətləndirir. Bu gün hər şey göz qabağındadır. Hər zaman öz ayaqlarım üstündə durmağı bacarmışam. Bizim bir çox aktrisalarımız məşhurlaşan kimi fikirləşirlər ki, digər aktyorları aradan çıxarmaq lazımdır. Elə aktrisalarımız var ki, onlar bizə lazım idilər, lakin sənəti tərk etməli oldular. Küçədən gəldin, seriala çəkildin, aktyor oldun. Bu belə olmamalıdır. Bu gün mən seriallarda yoxam. Mən harasa gedəndə sual verirlər ki, siz niyə seriallara çəkilmirsiniz? Əzizlərim, bilin ki, bu, məndən asılı olan bir şey deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*