Latviya iri çaplı döyüş sursatları istehsal edəcəkbackend

Latviya iri çaplı döyüş sursatları istehsal edəcək

Latviyanın müdafiə naziri İnara Murniece iri çaplı mərmi istehsalına başlayacaqlarını açıqlayıb.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, latviyalı nazir bunu Avropa İttifaqının müdafiə və xarici işlər nazirlərinin Toledoda keçirilən görüşündə bildirib:

“Latviyanın iri çaplı döyüş sursatlarının istehsalı ilə bağlı öz layihələri var. Onlar üçün bəzi hissələri hazırlamağa başlayacağıq. Lakin tədricən biz onların tam dövrəli istehsalını inkişaf etdirəcəyik”.

Murniece həmçinin bildirib ki, Latviyanın Ukraynaya hərbi yardımı ÜDM-nin bir faizini ötüb və rəsmi Riqa daha 3000 Ukrayna əsgərinə təlim keçirməyi planlaşdırır.

Xatırladaq ki, iyunun sonunda Estoniyanın baş naziri Kaya Kallas Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstəyin ölkənin ÜDM-nin 3 faizinə qədər artırıldığını bəyan edib. O, həmçinin NATO-ya üzv dövlətləri bundan nümunə götürməyə çağırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*