Latviyada təyyarə magistral yola qəza enişi etdibackend

Latviyada təyyarə magistral yola qəza enişi etdi

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə “La.lv” portalı məlumat yayıb.

Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib.

Latviya Təyyarə Reyestrinin məlumatına görə, nasazlıq 2018-ci ildə istehsal olunmuş “Tecnam P2008 JC” təyyarəsində baş verib.

İki nəfərlik təyyarə təxminən 100 at gücünə malik tək mühərrikə malikdir. Mülki Aviasiya Agentliyinin ilkin məlumatına görə, təyyarənin mühərrikində problemlər yaranıb.

Nəticədə təyyarə demək olar ki, uğurla magistral yola enib və heç kim xəsarət almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*