Lavrov Ermənistanı HƏDƏLƏDİ: “ABŞ-a arxalanan dövlətlərin halına baxın” – VİDEObackend

Lavrov Ermənistanı HƏDƏLƏDİ: "ABŞ-a arxalanan dövlətlərin halına baxın" - VİDEO

“Ermənistan hakimiyyəti ABŞ-a arxalanan dövlətlərin qibtə olunmaz taleyini xatırlamalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Moskvanı itirə bilərmi sualına cavab verərkən deyib.

O əlavə edib ki, Ermənistanda bəzi aparıcı siyasətçilər bunun baş verməsini istəyir və Qərbə yönəlirlər.

“Onlar yaxın tarixə nəzər salsalar yaxşı olardı ki, Birləşmiş Ştatlar Amerika sahillərindən uzaq dünyanın ərazilərində öz geosiyasi maraqlarını təbliğ edərək qanadı altına almaq istədiyi şəxslərlə necə rəftar etdi. Bütün bu insanların taleyi çox, çox qibtəedilməzdir”, – deyə Lavrov TASS-a müsahibəsində bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*