Lavrov vəzifədən nə vaxt gedəcəyini AÇIQLADIbackend

Lavrov vəzifədən nə vaxt gedəcəyini AÇIQLADI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırkı vəzifəsində hansı müddətədək işləyəcəyi barədə sualı cavablandırıb.

KONKRET.az xəbər verir ki, Lavrov Rusiyaya nə qədər lazımdırsa, o qədər xidmət edəcəyini bildirib.

“Niyə belə sual verdiyinizi həqiqətən başa düşə bilmirəm. Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edirəm”,- Lavrov Doha Forumu çərçivəsində onlayn çıxış edərkən deyib.

Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziri vəzifəsində çalışır. Bundan əvvəl o, 10 il Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi olub.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*