Lissabon turizmdən qazandığı rüsumları evsiz-eşiksizlərə xərcləməkdən imtina edibbackend

Lissabon turizmdən qazandığı rüsumları evsiz-eşiksizlərə xərcləməkdən imtina edib

Portuqaliya paytaxtının küçələrində 300 mindən çox evsiz-eşiksiz insan yaşayır.

Lissabon Şəhər Şurası paytaxt küçələrindəki evsiz-eşiksiz adamların məskunlaşdırılması üçün turizmdən əldə olunan gəlirlərin bir hissəsinin istifadə olunması barədə təklifi bir gün əvvəl rədd edib. Maliyyə məsələləri üzrə müşavir Joau Sarayvanın fikrincə, “turizmlə evsiz-eşiksizlər problemi arasında birbaşa əlaqə yoxdur”.

Lissabonda turizm vergisinin yeni məbləği 2016-cı ilin yanvarında təsdiq edilib. Turistlər otel və hostellərdə gecələməyə görə 2 avro ödəməlidirlər. Əvvəllər bu məbləğ 1 avroya bərabər olub.

Portuqaliya paytaxtının hakimiyyət orqanları qarşılarına küçələrdə yaşayan bütün evsiz-eşiksizlər üçün mənzil tapmaq məqsədi qoyublar. Məmurların hesablamalarına görə, onların sayı 361 nəfərdir. 2018-ci ilin sonunda şəhərdə cəmi 2473 evsiz-eşiksiz olub ki, onların da 1967 nəfəri bələdiyyələrin müvəqqəti mənzillərində, 361-i küçədə yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*