Livanda evləri bu üsulla qızdırırlarbackend

Livanda evləri bu üsulla qızdırırlar

Livanda infrastrukturun olmaması səbəbindən istilik təbii qazla deyil, elektrik və ya odun sobaları ilə təmin edilir.

KONKRET.az Anadoluya istinadən xəbər verir ki, 2019-cu ildən baş verən ciddi iqtisadi böhran səbəbindən son 3 ildə ölkədə elektrik enerjisi demək olar ki, yoxdur.

Kəndlərdə yaşayan, generatoru olmayan vətəndaşlar çarəni ağacları kəsməklə tapırlar.

Zeytun ağaclarının bol olduğu ölkənin cənubunda fermerlər ağac kəsmək əvəzinə, zeytun çəyirdəyini və lətini (pulpası) xüsusi emaldan keçirdikdən sonra əldə etdikləri materialla evləri qızdırırlar.

Məlumata görə, Livanda 13 milyon 500 min zeytun ağacı var. Ölkədə illik zeytun istehsalı 100 min ilə 200 min ton arasındadır. Yığılan zeytunların təxminən 30 faizi istehlak edilir, 70 faizi isə yağa çevrilir.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*