“Lotu Quli”nin əsas düşməni həbs edildi – Deputatın ölümündə şübhəli bilinirbackend

“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir

Rusiyada “Şişkan” ləqəbli kriminal avtoritet – Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Konkret.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Basman rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, “Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.

Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.

Xatırladaq ki, bir müddət əvvəl “Ura.ru” portalı “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada “Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*