Lukaşenko: “Putindən qəhrəman düzəltməyin”backend

Lukaşenko: "Putindən qəhrəman düzəltməyin"

Belarus prezidenti Aleksandr Lukaşenko mətbuat konfransı zamanı Rusiyada üsyan cəhdi ətrafında yaranmış vəziyyətdə onu qəhrəmana çevirməməyə çağırıb.

KONKRET.az-ın məlumatına görə, Lukaşenko bildirib ki,  həmçinin Rusiya lideri Vladimir Putini və “Vaqner”in rəhbəri Yevgeni Priqojini tərifləməyə dəyməz.

“Heç bir halda nə məndən, nə Putindən, nə də Priqojindən qəhrəman yaratmayın. Çünki vəziyyəti əldən verdik, sonra bunun həll olunacağını düşündük, amma həll olunmadı. Və cəbhədə iki nəfər toqquşdu. Bu işdə qəhrəman yoxdur”, – deyə Lukaşenko bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*