Lunyov yenidən Rusiya yığmasına çağırıla bilərbackend

Lunyov yenidən Rusiya yığmasına çağırıla bilər

“Qarabağ”ın qapıçısı Andrey Lunyov yenidən Rusiya millisinə çağırıla bilər.

KONKRET.az xəbər verir ki, bunu Rusiya millisinin  qapıçılar üzrəməşqçisi Vitali Kafanov “championat.com”a açıqlamasında deyib. O, 32 yaşlı qolkiperin “Qarabağ”da çox inamlı çıxış etdiyini bildirib:

“Bayer”də iki il ərzində Lunyov futbola və oyun praktikasına ac qaldı. “Qarabağ”dakı ilk oyundan bu günə kimi inanılmaz motivasiya göstərir. Bu müddət ərzində o, yüksək səviyyədə oynayıb, komandanın Avropa yarışlarında daha da irəliləməsində pay sahibi olub, çempionatda da “Qarabağ”a çoxlu xal qazanmağa kömək edib. Noyabr ayında Andrey Kuba ilə oyundan əvvəl təlim-məşq toplanışı üçün siyahıda idi, lakin oyundan iki həftə əvvəl zədələndi. Andrey martdakı təlim-məşq toplanışı üçün milliyə çağırıla bilər”.

Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, Andrey Lunyov 2017-2018-ci illərdə Rusiya millisi nə çağırılıb və 7 oyunda iştirak edib, 14 qol buraxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*