Malaziyanın yeni kralının tacqoyma mərasimi olubbackend

Malaziyanın yeni kralının tacqoyma mərasimi olub

Malaziyanın 16-cı kralının tacqoyma mərasimi olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yeni Kral Sultan Abdulla Riayatuddin Əl-Mustafa Şahın tacqoyma mərasimi paytaxt Kuala-Lumpurda keçirilib.

Özünün doğum günündə təşkil olunan mərasimə 60 yaşlı yeni Kral qızılla bəzədilmiş xüsusi geyimlə gəlib. 700-dən artıq qonağın iştirak etdiyi tacqoyma mərasimində Birləşmiş Ərəb Əmirliyi şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nahyan və Bruney Sultanı Hassanal Bolkiah da iştirak edib.

Kral Sultan Abdullanın hakimiyyəti dövrü 5 il olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*