“Mançester Yunayted”in baş məşqçisi Ronaldonu bağışlamaq üçün şərtlərini AÇIQLADIbackend

"Mançester Yunayted"in baş məşqçisi Ronaldonu bağışlamaq üçün şərtlərini AÇIQLADI

İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Erik ten Haq portuqliyalı futbolçu Kriştianu Ronaldonu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlayacağını bildirib. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir.

Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.

Qeyd edək ki, Kriştianu Ronaldo İngiltərə Premyer Liqasının XII turunda “Tottenhem”lə ev oyunu başa çatmamış “Old Trafford” stadionunu tərk etdiyi üçün cəzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*