Marqarita Simonyan Ermənistanda arzuolunmaz şəxslər kimi tanınıb və ölkəyə girişi qadağan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Simonyan özünün Teleqram kanalında yazıb.
“Uzun illərdir ki, Ermənistana şiddətlə dəstək verən Konstantin Zatulinə Ermənistanın indiki rəhbəri Ermənistana girişi qadağan edib. Yeri gəlmişkən, mənə də”.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin və “Russia Today”in media meneceri Marqarita Simonyan Ermənistanda arzuolunmaz şəxslər kimi tanınıb. Hər iki şəxs Ermənistanın qatı tərəfdarıdır, Simonyan isə ümumiyyətlə etnik ermənidir.

Xuraman Etibarlı,
KONKRET.az
