Martinik adasında baş verən iğtişaşlar nəticəsində 12 jandarm yaralanıb. Onlardan biri güllə yarası alıb.
KONKRET.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Sosial şəbəkələrdə iğtişaşlarla bağlı çoxsaylı videolar yayılır.
Məlumata görə, oktyabrın 7-də Le Lamentində fəallarla polis arasında toqquşmalar baş verib. Yerli hakimiyyət nümayəndələri bildirib ki, Le Karbedə blokadanın aradan qaldırılması ilə bağlı əməliyyat zamanı dörd jandarm yüngül xəsarət alıb. Bundan əlavə, bu kommunada yerləşən yeni yaradılmış ərazi briqadasının dayaq məntəqəsi kimi istifadə olunan bələdiyyə binası tamamilə yanıb.
Qeyd edək ki, sentyabr ayından bəri adada etirazlar keçirilir.