Bakıda keçmiş məhkum avtomobili qarət edib.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Yasamaldakı avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
