Məşhur amerikalı milyarder İlon Mask erməni əsilli şahmatçı Harri Kasparovu axmaq adlandırıb.
KONKRET.az xəbər verir ki, buna səbəb Kasparovun Maskın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün təklif etdiyi planı tənqid etməsi olub.
Kasparov CNBC telekanalına müsahibəsində Maskın Ukrayna ilə bağlı sülh təşəbbüslərini pisləyərək deyib:
“Niyə Silikon vadisindəki rahat malikanələrdə oturanlar Ukraynaya iş öyrədirlər?”
İlon Maskın ona cavabı gecikməyib. O, tvitter hesabında yazıb:
“Doğrudur, Kasparov mənim iPhone-um kimi şahmat oynayır, əks halda o, axmaqdır” deyə Mask yazıb.
Amerikalı iş adamı daşınmaz əmlakından da danışıb:
“Mənim evim yoxdur, imarət bir yana qalsın, ey axmaq” deyib.
Oktyabrın 3-də İlon Mask Ukraynadakı vəziyyətlə bağlı bir sıra tvitlər yazıb. Münaqişənin həlli üçün o, BMT-nin nəzarəti altında Donbassın işğaldan azad edilmiş ərazilərində təkrar referendumların keçirilməsini, Krımın Rusiya Federasiyasına məxsus olması ilə bağlı mübahisələrə son qoyulmasını, həmçinin münaqişəni dayandırıb danışıqlara keçməyi təklif edib.
Günel Mikayılova,
KONKRET.az
