Mədələrində 228 ədəd kokain kapsulu olan qaçaqmalçılar həbs edildibackend

Mədələrində 228 ədəd kokain kapsulu olan qaçaqmalçılar həbs edildi

Yaponiya polisi Tokionun Haneda Beynəlxalq Hava Limanında mədələrində ölkəyə ümumilikdə 228 kapsul kokain keçirməyə cəhd edən iki Portuqaliya vətəndaşını həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiya Milli ictimai televiziya kanalı məlumat yayıb.

Məlumata görə, həmin şəxslər gömrük əməkdaşları tərəfindən dayandırılıb və onları rentgen müayinəsindən keçiriblər.

Saxlanılan şəxslər 40 yaşlı qadın və 35 yaşlı kişi Almaniyadan gələrək mədələrində ümumilikdə 1,8 kq kokaini Yaponiyaya keçirməyə cəhd ediblər.

Qeyd edək ki, Yaponiya polisi əcnəbi həmkarları ilə birlikdə kokain göndərənləri və mümkün alıcıları müəyyənləşdirir.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*