Mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdibackend

Mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdi

Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edib qanunsuz tikinti işləri aparmağa cəhd edib.

KONKRET.az xəbər verir ki, belə faktlara xüsusilə Bayıl-20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.

İyulun 31-i “Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər.

Mühafizəçilər tikintinin qarşısını almağa çalışarkən Arif və Ruslan Zeynalovlar onlara qarşı təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Maklerlərin ətrafına topladığı şəxslər də öz vəzifəsini icra edən “Etalon Security” MMC-nin əməkdaşlarına hücum ediblər. Yaranan qarşıdurma nəticəsində mühafizəçi Mətin Məmmədov zədələr alıb və uniforması cırılıb. Mühafizə komandasının rəis müavini Azər Osmanov isə ciddi xəsarət alıb, səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağrılıb. Aldığı xəsarətlərə görə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib və ekspertizaya müraciət olunub.

Araşdırmalar onu göstərir ki, Bayıl-20-ci yaşayış sahəsində mədən ərazilərini zəbt edən qruplaşmaya özünü “Sizin media” qəzetinin təsisiçisi kimi təqdim edən, jurnalist adı altında maklerliklə məşğul olan Rövşən Şirəliyev dayanır. Onun qanunsuz əməlləri haqqında mətbuatda geniş araşdırmalar dərc olunub. (https://qaynarinfo.az/az/jurnalist-makler-teriqet-lideri-meden-erazilerini-zebt-eden-rvsen-sireliyev-kimdir-foto).

Elə Arif və Ruslan Zeynalovlar da Rövşən Şirəliyevin dəstəsinin üzvləridir. Belə ki, Ruslan Zeynalov da “Sizin media” qəzetinin vəsiqəsini daşıyır.

Qeyd edək ki, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində qanunsuz, özbaşına tikinti işləri baş alıb gedir. Artıq bu ərazilər mədən sahəsini yox, yaşayış massivini xatırladır. Ərazidəki acınacaqlı vəziyyətin dəfələrlə ictimailəşdirilməsinə, mühafizəçilərin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikintinin qarşısını almaq mümkün olmur. Doğrudanmı hüquq mühafizə orqanları 3-5 dələduzun öhdəsindən gələ bilmir?

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*