Məhkəmə Ahmet Kuralın müraciətini rədd etdibackend

Məhkəmə Ahmet Kuralın müraciətini rədd etdi

Türkiyəli müğənni Sıla Gençoğlu ilə keçmiş həyat yoldaşı, aktyor Ahmet Kuralın məhkəmə işi yekunlaşıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sılaya qarşı “təhqir, hədə-qorxu və qəsdən yaralama” maddələri üzrə ümumilikdə 1 il 4 ay 20 gün həbs cəzası alan Kuralın apellyasiya məhkəməsinə edilən müraciəti rədd edilib.

Qeyd edək ki, aktyor “Təhdid” maddəsi üzrə 7 ay 15 gün, “Yüngül xəsarət yetirmə” maddəsi üzrə 5 ay, “Təhqir” maddəsi üzrə isə 4 ay 5 gün həbs cəzasına məhkum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*