İslamabad Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanı zaminə buraxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. İslamabad məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanı girov müqabilində azad edib.
Hakim Raca Cavad Abbas cümə axşamı Xanı 100 min Pakistan rupisi (460 dollar) girov müqabilində sentyabrın 1-dək azadlığa buraxıb.
Bununla belə, siyasətçinin terrorizm ittihamı ilə işin təhlili bitməyib.
Qeyd edək ki, Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib.
Xuraman Etibarlı,
KONKRET.az
