“Mən tamamilə əminəm ki, biz bunu edə bilərik” – Mişustinbackend

"Mən tamamilə əminəm ki, biz bunu edə bilərik" - Mişustin

Digər ölkələrin aralarında nifaq salmaq cəhdlərinə baxmayaraq, Moskva və Daşkənd əməkdaşlığı inkişaf etdirir.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Mixail Mişustin Rusiya və Özbəkistan hökumət başçıları səviyyəsində birgə komissiyanın iclasında deyib.

“Biz birlikdə ticarət-iqtisadi əməkdaşlığı intensiv şəkildə inkişaf etdiririk, pis niyyətlilərin birgə işimizdə nifaq salmaq cəhdlərinə baxmayaraq, aramızda mövcud olan bütün məsələləri effektiv şəkildə həll edirik”, – Mişustin bildirib.

“Özbəkistan Mərkəzi Asiya regionunda aparıcı iqtisadi tərəfdaşlardan biridir.Rusiya və Özbəkistan iqtisadiyyatlarının potensialı daha yüksəkdir, yeni sahələrdə əməkdaşlığın inkişafı üçün çoxlu imkanlarımız var” – nazir vurğulayıb.

Onun sözlərinə görə, ümumi vəzifə bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında yaxın gələcəkdə ticari-iqtisadi əməkdaşlığı birgə daha yüksək səviyyəyə çatdırmaqdır. “Mən tamamilə əminəm ki, biz bunu edə bilərik”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*