“Mənim Putinlə söhbətim Rusiya-Ukrayna müharibəsini bir neçə il yubatdı” – Trampbackend

"Mənim Putinlə söhbətim Rusiya-Ukrayna müharibəsini bir neçə il yubatdı" - Tramp

“Mənim Vladimir Putinlə söhbətim Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasını bir neçə il ləngitdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

“Mən Putinlə danışdım. Dedim ki, bunu etsən, bədəlini ağır ödəyəcəksən. Bu bir fəlakət olacaq”, –  deyə Tramp bildirib.

Sabiq prezidentin fikrincə, Putin ona bəlkə də 10% inanırdı, lakin bu 10% müharibəni durdurmağa kifayət edib.

Bundan əlavə, Tramp əmin edib ki, Ağ Evdə qalsaydı, Ukraynada müharibənin qarşısını ala bilərdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*