İki dəfə “Qremmi” mükafatı laureatı, bəstəkar Sintia Veyl 82 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Rolling Stone” musiqi jurnalı yazıb.
Nəşrin məlumatına görə, bəstəkar cümə axşamı, iyunun 1-də ölüb.
Faktı yaxınları da təsdiqləyib. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Sintia Veyl 1960-cı illərin məşhur bəstələri ilə tanınır. O, hər iki “Qremmi” mükafatını 1987-ci ildə alıb.
İqbal Rzayev,
KONKRET.az
