Məşhur qapıçı karyerasını bitirirbackend

Məşhur qapıçı karyerasını bitirir

İngiltərə millisinin sabiq qapıçısı Co Hart mövsümün sonunda karyerasını bitirəcək.

KONKRET.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

Hazırda “Seltik”də çıxış edən qolkiper artıq yaşıl meydanla vidalaşmağın vaxtı olduğunu bildirib.

Qeyd edək ki, 12 il (2006-2018) “Mançester Siti”də çıxış edən Hart, İngiltərə millisində 75 oyuna çıxıb. O, “Birminhem”, “Torino”, “Bernli”, “Vest Hem” və “Tottenhem”də də oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*