Məşhur voleybolçu VƏFAT ETDİbackend

Məşhur voleybolçu VƏFAT ETDİ

Məşhur braziliyalı voleybolçu Ana Paula Borqo gənc yaşlarında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Braziliya Voleybol Konfederasiyası məlumat paylaşıb.

29 yaşlı idmançının ölümü Braziliya xalqını kədərə boğub.

Məlumata görə, Borqo keçən ilin sentyabr ayından mədəsində yaranan şişdən müalicə alırdı.

Voleybolçunun xəstəliyi təmsil etdiyi klubun mövsümöncəsi tibbi müayinəsi zamanı üzə çıxıb.

Qeyd edək ki, Ana Paula idman karyerası dövründə Türkiyə və İtaliyanın da böyük komandalarının tərkibində çıxış edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*