Messi bir oyunda iki qol vurdubackend

Messi bir oyunda iki qol vurdu

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də 3-cü tur oyununa çıxıb. 

KONKRET.az xəbər verir ki, komanda öz meydanında “Orlando Siti” ilə qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.

Oyunda Lionel Messi və Luis Suares dubl edib. Mayami təmsilçisinin digər qolunu isə Robert Taylor vurub. Suares 2 qol ötürməsi də verib.

Qeyd edək ki, “İnter Mayami” 3 turdan sonra 7 xalla liderdir. “Orlando Siti” isə 1 xalla 12-cidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*