Məsut Hakkı: “Amerikalının Azərbaycan dağlarında nə işi var?”backend

Məsut Hakkı: "Amerikalının Azərbaycan dağlarında nə işi var?"

Cənubi Qafqazda geosiyasi vəziyyət fərqli məcrada davam edir. İndi Qərb Ermənistan vasitəsi ilə regiona soxulmağa cəhd göstərir. ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirməsi region dövlətlərinin səbrini daşdırıb. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dördlü görüşün keçirilməsini təklif edib. Bu görüşdə Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderləri iştirak edəcək.

KONKRET.az xəbər verir ki, CNN Türk televiziya kanalına müsahibə verən türkiyəli professor Məsut Hakkı Çaşın Azərbaycan torpaqlarının 30 illik  işğalından danışıb və bildirib ki, Amerikanın bölgəyə can atması heç bir fayda verməyəcək: “Fikir verin, ATƏT-in Minsk Qrupu 30 il Azərbaycan torpaqlarının işğalına heç bir reaksiya vermədi. Beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisində bir dövlət qurmağa çalışdılar. Amma bunların qurmaq istədiyi “dövlət”i kimsə tanımadı. Digər tərəfdən, Azərbaycan Ordusu türk ordusuyla birgə təlimlərdə iştirak etdi.

Türkiyəli mütəxəssislər Azərbaycana məxsus SU 25 qırıcı təyyarələrini modernləşdirdi. Elə bir vəziyyətə gətirildi ki, həmin təyyarələr asanlıqla raket daşıya bilirdilər. Həmin təyyarələrin pilotları modern sursatdan istifadə qaydalarını tam mənimsədilər. Atəş sistemi də modernləşdirildi.

Daha sonra Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünə münasibət bildirən Məsut Hakkı Çaşın qeyd edib ki, bu dördlüyün bir araya gəlməsi ən düzgün qərardır: “Yüz illərdir bu coğrafiyada ruslar, gürcülər, azərbaycanlılar, türklər, ermənilər və iranlılar bir yerdə yaşayırlar. Amerikalı haradan çıxdı, amerikalının Ermənistan dağlarında nə işi var? 4500 metr hündürlüyündəki Azərbaycan dağlarında sizin nə işiniz var? Orada 15 əsgərlə müharibə etmək istəyirsiniz? Bizim siyasətimiz bəllidir. Erməni, türk və azərbaycanlı eyni coğrafiyada necə sülh içində yaşayıblarsa, yenə yaşaya bilərlər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*