“Meyvəli” bazarında kütləvi zəhərlənmə olubbackend

“Meyvəli” bazarında kütləvi zəhərlənmə olub

Sədərəkdə “Meyvəli” bazarında kütləvi zəhərlənmə olub. Konkret.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub.

“Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəridə KTM-in yoluxucu xəstəliklə şöbəsinə gətirib”.

Məlumata görə, tibbi yardım göstərilərkən zərərçəkmişlər “yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini” bildiriblər.

Səhiyyə Nazirliyi bildirir ki, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər və onların vəziyyətləri orta-ağırlıqdadır.

Qida Təhlükəsizliyi Agentliyindən deyirlər ki məsələ araşdırılır və bu barədə ətraflı məlumat veriləcək.

 

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*