Mikayıl İsmayılovun oğlunun şikayəti: Fidan saxlanıldı – FOTObackend

Mikayıl İsmayılovun oğlunun şikayəti: Fidan saxlanıldı – FOTO

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.

Şantajla bağlı ittiham üzrə şikayətçi Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadədir. O iddia edir ki, 2017-ci ildə Fidan onlardan 200 min manat pul alıb.

Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib.

Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq.

fidan8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*