Millimiz bu gün Litvanı qəbul edəcəkbackend

Millimiz bu gün Litvanı qəbul edəcək

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

KONKRET.az xəbər verir ki, yığma Bakı İdman Sarayında Litvanı qəbul edəcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. Millimiz daha əvvəl Şimali Makedoniyaya (17:40), sonra isə İspaniyaya (18:38) uduzub.

5-ci qrupda İspaniya və Şimali Makedoniyanın hərəyə 4 xalı var. Litva və Azərbaycanın hesabında xal yoxdur.

Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*