Milyarder avtomobil yarışı zamanı dünyasını dəyişdibackend

Milyarder avtomobil yarışı zamanı dünyasını dəyişdi

70 yaşlı amerikalı milyarder Ceyms Kroun ad günündə avtomobil yarışı zamanı baş verən qəzada dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Colorado Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, “Henry Crown and Company” investisiya firmasının rəhbəri Koloradoda “Aspen Motorsports Park” trekində yarış zamanı idarəetməni itirib və maneəyə çırpılıb, nəticədə o hadisə yerində keçinib.

Qeyd edək ki, Ceyms Kroun babası, sənaye maqnatı Henri Kroun tərəfindən qurulan biznesə sahib olmaqla yanaşı, “JP Morgan Chase”in direktorlar şurasında çalışıb və “Aspen Skiing Co”nun idarəedici tərəfdaşı olub. “Forbes”in son hesablamalarına görə, Kroun ailəsinin sərvəti 10,2 milyard dollar olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*