Minik avtomobili motosikletlə toqquşdu, xəsarət alanlar varbackend

Minik avtomobili motosikletlə toqquşdu, xəsarət alanlar var

Salyanda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Noxudlu kəndindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil motosikletlə (“Muravey”) toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri – 1954-cü il təvəllüdlü Əsgərov Yedigar Əfsər oğlu və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Əsgərova Məlahət Allahyar qızı, habelə Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Dəmirli Ələsgər Şahmar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdlırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*