“Misirli sevgili tapan kimi…” – Acundan Şeyma ilə bağlı ETİRAFbackend

"Misirli sevgili tapan kimi..." - Acundan Şeyma ilə bağlı ETİRAF

Türkiyəli tanınmış aparıcı, “Acun Medya”nın sahibi Acun Ilıcalı boşandığı həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı ilə bağlı bəzi açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, A.Ilıcalı ayrıldıqdan sonra Ş.Subaşıya İspaniyadan ev alması ilə bağlı iddialardan söz açıb:

“Necə ki, dostlarımı dəstəkləyirəm, eyni formada uşaqlarımın analarını da dəstəkləyirəm. İbizadan ev almaq və s. bu detallara toxunmağa gərək yoxdur. Bizim aramızda “bu qədər pul köçdü, bu qədər köçmədi” kimi bir vəziyyət yoxdur. Şeymanı ehtiyacı olan hər zaman dəstəkləməyə hazıram”.

A.Ilıcalı keçmiş həyat yoldaşının misirli Meedo Alsolussi ilə sevgili olduqdan sonra ondan aliment almadığını deyib:

“Şeyma maddi vəziyyəti yaxşı olduğu ilk gün haqqı olmasına baxmayaraq aliment almağı dayandırdı. Yəni münasibəti başladı və mənə “indi pula ehtiyacım yoxdur” dedi. Onsuz da onun “Acundan bu qədər pul alım” düşüncəsi, planı heç vaxt olmayıb”.

Xatırladaq ki, A.Ilıcalı boşandıqdan sonra Ş.Subaşıya külli miqdarda təzminat ödəməsi ilə gündəmdən düşmürdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*