MN: “Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək”backend

MN: "Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək"

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*