Moldova hava məkanı 2 günlük bağlanacaq – SƏBƏBbackend

Moldova hava məkanı 2 günlük bağlanacaq - SƏBƏB

Moldova Avropa Siyasi İcmasının sammiti zamanı hava məkanını mülki təyyarələr üçün bağlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Polis Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 1-2-də Moldovanın hava məkanı yalnız rəsmi nümayəndə heyətlərinin olduğu təyyarələr üçün açıq olacaq.

“Kişinov Beynəlxalq Hava Limanı adi rejimdə, sərnişindaşıma axınında fasilələr olmadan və müntəzəm reyslərdə gecikmə olmadan işləyir. Rəsmi nümayəndə heyətlərinin enişi bugünkü müntəzəm uçuşların cədvəlinə təsir etməyəcək. Mayın 31-i gecə yarısından etibarən 2 iyun saat 07:00-dək mülki təyyarələrin və pilotsuz təyyarələrin uçuşu qadağandır. Bu müddət ərzində yalnız rəsmi nümayəndə heyətlərinin uçuşlarına icazə veriləcək”, – deyə məlumatda qeyd olunub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*