Moskva Moldovada təxribatlara hazırlaşır – Kəşfiyyat məlumatlarıbackend

Moskva Moldovada təxribatlara hazırlaşır – Kəşfiyyat məlumatları

Rusiya prezident seçkiləri və Avropa Birliyinə daxil olmağı nəzərdə tutan referendum ərəfəsində Moldovanı hibrid hücumlar dalğası ilə hədəf almağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Britaniya kəşfiyyatı ilə yaxın olan mənbələr nəşrə bildiriblər ki, Böyük Britaniya rusların təhdidi ilə bağlı Moldova rəsmilərini kəşfiyyat məlumatları ilə təmin edəcək.

Moldovanın xarici işlər naziri Mihay Popsoy Rusiyanın dağıdıcı müdaxiləsini müzakirə etmək üçün çərşənbə axşamı Londonda Böyük Britaniyanın Sənaye və İqtisadi Təhlükəsizlik naziri Nusrat Qani ilə görüşəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*