Moskvanın şimalında evlərin zirzəmilərində bomba sığınacaqları tikilir.
KONKRET.az xəbər verir ki, bu barədə “Diqqət, Moskva” Teleqram kanalı məlumat yayıb. “Aeroport” və “Dinamo” rayonlarının sakinləri bildiriblər ki, dünən axşam saatlarından etibarən şəhərin şimalındakı evlərdə qoruyucu tikililər altında olan evlərin zirzəmiləri təchiz edilib.
Kanal qeyd edir ki, bunun üçün döşəklər və qatlanan çarpayılardan istifadə olunur.
“Səkkiz qatlanan çarpayılı səkkiz ev üçün təxminən 70 kvadratmetr sahə ayırmışıq. Az sonra bu döşəklər və qatlanan çarpayılardan başqa bir bomba sığınacağını təchiz etmək üçün aparılıb, – deyə sakinlər Teleqram kanala bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az
