Müdafiə naziri Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdibackend

Müdafiə naziri Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun komandolarının döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə göstərişlər verib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazir tapşırıqlarını Xocavənddə yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə keçirilən müşavirədə çatdırıb.

Müşavirədə yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*