“Müdafiə xətlərimiz müharibəyə hazır vəziyyətdə deyil” – Ermənistanın müdafiə naziribackend

"Müdafiə xətlərimiz müharibəyə hazır vəziyyətdə deyil" - Ermənistanın müdafiə naziri

“Müdafiə xətləri mükəmməl vəziyyətdə deyil, lakin onları gücləndirmək üçün hər şey edilir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan məlumat verib. O, parlamentdə müxalifətdən olan deputatların cəbhə xəttinin acınacaqlı vəziyyəti ilə bağlı iradını cavablandırıb.

Papikyan eskalasiya ilə bağlı sualdan yayınıb.

“Cəbhə xəttində, əlbəttə, hər şey bizim istədiyimiz kimi deyil. Müdafiə xətti ideal deyil, o cümlədən sentyabr hadisələrindən sonra yeni cəbhə xətti də tam təchiz olunmalıdır.

Amma cəbhə xəttinin gündən-günə daha da güclənməsi üçün hər şey edilir. Bu barədə Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin iclasında Nikol Paşinyanın dünən verdiyi açıqlamada həm Ermənistanın sərhədində, həm də Qarabağda gərginliyin eskalasiya təhlükəsinin böyük olduğu barədə məlumat verilib.

Orduda görüləcək çox böyük işlər var və mən bir il əvvəl öhdəmə götürdüyüm o işi uğurla yekunlaşdıracağam”, – Papikyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*