Mütəxəssislər xəbərdarlıq etdi: Günəş fırtınası Yerə təsir edə bilərbackend

Mütəxəssislər xəbərdarlıq etdi: Günəş fırtınası Yerə təsir edə bilər

Günəşdə baş verən G1 sinifli fırtına elektrik şəbəkələrində nasazlıqlara, peyklərin sıradan çıxmasına və heyvanların miqrasiyasına təsir göstərə bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) açıqlama yayıb.

Bundan əlavə, geomaqnit qasırğalar ilə daha ciddi təsirlərin baş verə biləcəyi ehtimalına diqqət çəkilib.

Məlumdur ki, Günəşdə tac dəlikləri hər an yarana bilər. Lakin onlara “günəş minimumu” dövründə daha çox rast gəlinir. Artıq bu dövrdən çıxdığımız və Günəşdə hərəkət intensivliyinin artdığı dövrə daxil olduğumuz bildirilir.

NOAA-nın elan etdiyi G1 tipli fırtınanın yuxarı səviyyəsi olan G2 tipli fırtına elektrik şəbəkəsindəki dalğalanmaları zəiflədə, peyklərə təsir göstərə və şimal qütbü ətrafındakı bölgələrdə bəzi potensial qaralmaya səbəb ola bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*